
Misli Premyer Liqasının VIII turu Abdullah Zubir üçün əlamətdar olub.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub.
O, “Turan Tovuz”la səfər oyununda (2:1) fərqlənib.
Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.
1. Nazim Əliyev – 183
2. Müşfiq Hüseynov – 125
3. Rövşən Əhmədov – 116
4. Qurban Qurbanov -115
5. Samir Ələkbərov – 115
6. Alay Bəhramov – 108
7. Nadir Nəbiyev – 103
8. Xaqani Məmmədov – 102
9. Vadim Vasilyev – 102
10. Kənan Kərimov – 101
11. Musa Qurbanov – 94
12. Fazil Pərvərov – 89
13. Samir Musayev – 88
14. Fərrux İsmayılov – 85
15. İmamyar Süleymanov – 85
16. Samir Əliyev – 84
17. İsmayıl Məmmədov – 76
18. İlham Məmmədov – 74
19. Azər İsayev – 73
20. Paşa Əliyev – 72
21. Badri Kvaratsxeliya – 71
22. Zaur Ramazanov – 70
23. Filip Ozobiç – 67
24. Yunis Hüseynov – 66
25. Vidadi Rzayev – 65
26. Mahir Əliyev – 65
27. Rauf Əliyev – 63
28. Mahmud Qurbanov – 61
29. Ramiz Məmmədov – 61
30. Georgi Adamiya- 61
31. Mahir Emreli – 59
32. Rəşad Abdullayev – 58
33. Davit Volkov – 56
34. Vaqif Cavadov – 53
35. Amil Yunanov – 52
36. Riçard Almeyda – 51
37.Həsən Abdullayev – 51
38. Viktor İqbekoyi – 50
39. Vüqar Qəmbərov – 50
40. Mehman Baxışov – 50
41. Yalçın Bağırov – 50
42. Abdullah Zubir – 50
Zubir həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib.
O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb


