Bakı. Trend:
Fransanın keçmiş prezidenti (2007-2012) 2007-ci ildə seçki
kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı 5 il
müddətinə azadlıqdan məhrum edilən Nikolya Sarkozi cəzasını Sante
həbsxanasında təkadamlıq kamerada çəkəcək.
Trend-in məlumatına görə, bu barədə “BFMTV” televiziya kanalı
mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, həbsxana Parisdə yerləşir və xüsusi
təhlükəsizlik tədbirləri tələb edən məhbusların saxlanması üçün
nəzərdə tutulmuş bölməyə malikdir.
Sarkozi yaşı (70 yaş) və geniş şöhrətinə görə oktyabrın 21-də
təcridxanaya köçürüləcək.

