Antarktida sahillərində onlarla yeni metan qaynağı aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Alimlər Antarktida sahillərində onlarla yeni sualtı qaz
mənbəyini qeydə alıblar.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu hadisə əvvəllər son dərəcə nadir
müşahidə olunan təbiət hadisəsi hesab edilirdi.




Məlumata görə, Ross dənizinin sahilyanı zonasının dibindən metan
qabarcıqları və digər flüidlər (mayelər və qaz qarışıqları) səthə
çıxır. Bu qabarcıqlar qısa müddətdə atmosferə daxil ola bilər. Bəzi
ərazilərdə dəniz orqanizmlərinin yaşaya bilmədiyi “ölü zonalar”
müəyyən edilib, bu isə qaz emissiyasının artıq yerli ekosistemə
təsir göstərdiyini göstərir.

Alimlər xəbərdarlıq edirlər ki, əgər bu proses geniş miqyas
alsa, təhlükəli “əks effekt” mexanizmini işə sala bilər, yəni
buzlaqların əriməsi metan emissiyasını sürətləndirər, metan isə öz
növbəsində qlobal istiləşməni daha da gücləndirər.