Fərqlənmə nişanı olmayan taksi sürücülərinin buraxılış kartı ləğv ediləcək? – AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Fərqlənmə nişanının olmaması buraxılış kartının ləğvi üçün əsas
sayılmır.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.




Qeyd edək ki, yuxarıda qeyd olunan məlumatla bağlı AYNA sosial
şəbəkə hesabında “Bəs daşıyıcıların və sürücülərin rahatlığının
təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və prosesin
icrası zamanı sui-istifadə hallarının aradan qaldırılması məqsədilə
verilən fərqlənmə nişanı olmayan sürücünün buraxılış kartı ləğv
olunacaqmı?”, – sualına cavab olaraq paylaşım edib.

Xatırladaq ki, Azərbaycan Yolları Nəqliyyat Agentliyi tərəfindən
açıqlanıb ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq taksi
minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin
əlavələrinin sayına məhdudiyyətin tətbiqi ilə əlaqədar 60 gün
öncədən məlumat verilməlidir. Həmçinin bildirilib ki, qeyd ediləni,
eləcə də icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında
qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq taksi
fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının
verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək.