Azərbaycanda bentonit istehsalı 43%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 234 min ton
bentonit istehsal olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 69,9 min ton və ya 42,6% çoxdur.




Cari ilin oktyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 230,8
min ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr ayları
ərzində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 28,8
milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7%
azalıb.