Bu ilin 9 ayında dövriyyədən çıxarılan narkotik vasitənin çəkisi məlum olub

Baş səhifə

Bakı.Trend:

Cari ilin 9 ayında qanunsuz 4 ton 663 kiloqram narkotik vasitə
dövriyyədən çıxarılıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən 2025-ci
ilin 9 ayının yekunlarına həsr olunan Kollegiya iclasında məlumat
verilib.




Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram
çox narkotik vasitə çıxarılıb.