
Son 9 ayda dövriyyədən çıxarılmış narkotik vasitələrin dəyəri 170 milyon manatı ötüb.
APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında deyilir.
Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 696 kq 035,353 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 170 milyon 290 min AZN kimi qiymətləndirilir.

