Nigeriyada silahlı hücumlar nəticəsində azı 13 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Nigeriyanın mərkəzində yerləşən Plato ştatında iki kəndə silahlı
hücumlar nəticəsində azı 13 nəfər həyatını itirib.

Trend xəbər verir
ki, bu barədə Barkin-Ladi rayonunun rəhbəri Stiven Qyanq Pvadjok
məlumat verib.

Məlumata görə, Raças və Ravuru kəndlərinə hücumlar oktyabrın
14-də axşam saatlarında baş verib. Ertəsi gün qurbanlar üçün
kütləvi dəfn mərasimi keçirilib.




Rəsminin sözlərinə görə, hadisə zamanı silahlı çobanlar kənd
sakinlərinə atəş açıblar, nəticədə bir neçə nəfər yaralanaraq
qaçmağa müvəffəq olub.

Pvadjok hücumları “təxribat xarakterli və dərin təəssüf doğuran
hadisə” kimi qiymətləndirib.

Qeyd edək ki, daha əvvəl Nigeriyada vəba epidemiyası nəticəsində
13 nəfərin öldüyü barədə məlumat yayılmışdı.