“Kiss” qrupunun həmtəsisçisi Eys Freyli vəfat edib

Baş səhifə

Bakı. Trend:

Gitara ifaçısı və ABŞ-nin məşhur “Kiss” rok qrupunun
həmtəsisçisi Pol Daniel “Ace” Freyli 74 yaşında vəfat edib.

Trend xəbər verir
ki, bu barədə “Variety” jurnalı ailənin bəyanatına istinadən
məlumat yayıb.




“Biz tamamilə sarsılmışıq və ürəyimiz qırılıb. Onun ölümünün
böyüklüyünü dərk etmək çətindir. Bütün inanılmaz nailiyyətlərini
xatırlayaraq, Eysin xatirəsinin əbədi olaraq yaşamasını təmin
etməyə çalışacağıq”, – bəyanatda qeyd olunub.

Məlumata görə, musiqiçi oktyabrın 16-da, keçən ay studiya qəzası
zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib. Frehley beyin
qanaması keçirdiyi üçün son həftələrdə planlaşdırılmış
konsertlərini ləğv etməli olmuşdu.