İspaniyada Pablo Pikassonun əsəri daşınma zamanı yoxa çıxıb

Baş səhifə

Bakı. Trend:

İspaniya polisi məşhur rəssam Pablo Pikassonun əsərinin
Madriddən Qrenadaya aparılarkən yoxa çıxması faktını araşdırır.

Trend xəbər verir
ki, “Gitaralı natürmort” adlı tablo Qrenadada sərgilənmək üçün
daşınırdı. İlkin versiyalara əsasən, əsər oğurlanıb. Onun dəyəri
600 min avrodan çox qiymətləndirilir.




Qeyd edək ki, bu, Pikassonun əsərləri ilə bağlı ilk oğurluq
hadisəsi deyil. Rəssamın 100 tablosu 1976-cı ildə Fransada
oğurlanmış, lakin bir müddət sonra tapılaraq sahiblərinə
qaytarılmışdı.