“Fənərbaxça” braziliyalı futbolçu ilə yollarını ayıracaq

Baş səhifə

Bakı. Trend:

“Fənərbaxça” gələn ilin yayında klubla müqaviləsi başa çatan
Anderson Talişka ilə bağlı qərar verib.

Trend xəbər verir ki, Super
Liqa nəhəngi braziliyalı hücumameyilli yarımmüdafiəçi ilə yollarını
ayıracaq.




Talişkanın performansı məşqçilər korpusunu qane etmir.

Klub rəhbərliyi də yüksək maaş alan 31 yaşlı futbolçudan
qurtulmaq istəyir.