ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
“Report” xəbər verir ki, bu barədə “Axios” nəşri mənbəyə istinadən bildirib.
Qeyd olunub ki, telefon danışığı ABŞ Prezidenti ilə Ukrayna lideri Volodimir Zelenski arasında sabahkı görüşdən əvvəl baş tutacaq.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

