İlk 9 ayda İKZF-nin vəsaiti hesabına verilən ipoteka kreditinin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondu Nizamnaməsinə uyğun olaraq
2025-ci ilin yanvar-sentyabr aylarında əhalinin mənzil təminatının
yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam
etdirib.

Bu barədə Trend-ə İpoteka və Kredit Zəmanət Fondundan məlumat
verilib.

Bildirilib ki, hesabat dövründə Fondun vəsaiti hesabına 354
milyon manat məbləğində ipoteka krediti verilib ki, bunun da 69
milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir.




İlin əvvəlindən adi ipoteka kreditləri hesabına 2565, güzəştli
ipoteka kreditləri hesabına isə 816 vətəndaşın və ya ailənin mənzil
şəraiti yaxşılaşıb. 2025-ci ildə verilmiş ipoteka kreditlərinin
orta məbləği 104800 manat təşkil edib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin
ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək
məqsədilə 01 oktyabr 2025-ci il tarixinə Fond tərəfindən 132 milyon
manat məbləğində 1423 ipoteka krediti üzrə zəmanət verilib.

Ümumilikdə indiyə qədər Fondun vəsaiti hesabına 3 milyard 680
milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 56 minə
yaxın ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan verib.
İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc
ailələrdir.