
Ötən gün paytaxtın Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birində meyit tapılıb.
Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Qobustan qəsəbəsindəki “Qaradağ” ticarət mərkəzində aşkarlanan meyit kişiyə məxsus olub.
Ölən şəxsin tüfeyli həyat tərzi keçirən 1962-ci il təvəllüdlü Viktor Alekseyeviç Vorotnyuk olduğu müəyyənləşib.
Onun xəstəlik səbəbindən öldüyü bildirilir.
Araşdırmalar aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


