Fransa Azərbaycandan neft alışını 2 dəfəyə yaxın artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Fransaya 83,4
milyon ABŞ dolları dəyərində 165,1 min ton bitumlu süxurlardan
alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 26,4 milyon ABŞ dolları və ya 46,2%,
həcm ifadəsində isə 75,4 min ton və ya 1,8 dəfə çoxdur.




Dövr ərzində Fransa bu göstərici ilə Azərbaycanın ən çox neft
ixrac etdiyi ölkələr sırasında 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20
ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində 16,996 milyon ton
bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac
edilib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə
müqayisədə dəyər ifadəsində 2,069 milyard ABŞ dolları və ya 18,8%,
həcm ifadəsində isə 612,652 min ton və ya 3,5% azdır.