“Euronews” TDT Dövlət Başçılarının 12-ci Sammitindən reportaj hazırlayıb

Baş səhifə

Bakı. Trend:

“Euronews” Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının
Dövlət Başçılarının 12-ci Sammitindən reportaj hazırlayıb.

Trend xəbər verir
ki, materialda dəyişən geosiyasi dinamika və artan iqtisadi
potensial fonunda türk dövlətlərinin qlobal arenada yeni çəki
qazandığı qeyd olunur.

“Onların artan nüfuzu Azərbaycanının tarixi şəhəri Qəbələdə
keçirilmiş Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin
Prezidentlərinin 12-ci Sammitinin əsas mövzusuna çevrildi. Türkiyə,
Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, həmçinin
müşahidəçi dövlətlər — Türkmənistan və Macarıstanın liderləri
ticarət, nəqliyyat, su ehtiyatları və kosmik texnologiyalar da
daxil olmaqla 40-dan çox sahədə əməkdaşlığın dərinləşdirilməsinə
dair görüş keçirdilər”, – deyə “Euronews”un materialında
bildirilir.

Qeyd olunur ki, əsas təşəbbüslər arasında “TDT plyus” formatının
işə salınması təklifi durur. Bu format üzv ölkələrdən kənarda
tərəfdaşlıqları genişləndirməyə imkan verəcək, Özbəkistanın müdafiə
əməkdaşlığının gücləndirilməsi və iqtisadi məsələlər üzrə daimi
Katibliyin yaradılması barədə müttəfiqlərinə müraciəti, eləcə də
Qazaxıstanın süni intellekt sahəsində birgə layihələrin inkişafı
üçün etdiyi dəvət yer alır.