9 ayda Azərbaycanda istehsal olunan qaz kondensatının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 518,8 min ton qaz
kondensatı istehsal olunub.

Trend bu barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən
xəbər verir.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 25,9 min ton və ya 5,3 faiz çoxdur.




Belə ki, ötən ilin yanvar-sentyabr aylarında ölkədə cəmi 492,9
min ton qaz kondensatı hasil olunub.

Bu ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 27,9 min ton
təşkil edib.

Neft məhsulları istehsalı sahəsində ümumi istehsal həcmi 4,047
milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə
0,4 faiz çoxdur. Mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı
8,5 faiz, qazoyl (dizel yanacağı) istehsalı 6,2 faiz, kerosin
istehsalı isə 5,3 faiz artıb. Eyni zamanda, neft bitumu istehsalı
9,9 faiz, sürtkü yağlarının istehsalı isə 44,7 faiz azalıb.