ABŞ Çinlə ticarət müharibəsindədir – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Çinlə ticarət müharibəsindədir.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə
mətbuat konfransı zamanı deyib.




“Hazırda biz orada iştirak edirik”, – deyə D.Tramp Tramp Çin
prezidenti Si Cinpin ilə görüşdə razılığa gələ bilməsə, iki ölkə
arasında ticarət müharibəsinin olub-olmayacağı ilə bağlı sualı
cavablandırarkən bildirib.

Sözügedən görüşün Cənubi Koreyada oktyabrın sonu və ya noyabrın
əvvəlinə planlaşdırılan qarşıdan gələn APEC sammiti zamanı baş
tutacağı gözlənilir.