ABŞ Senatı şatdaun müddətini yenidən uzadıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Senatı doqquzuncu dəfədir ki, şatdaunun dayandırılmasına
imkan verən hökumətin maliyyələşdirmə qanun layihəsini rədd
edib.

Trend-in
məlumatına görə, bu barədə “C-Span” televiziya kanalında yayımlanan
səsvermənin nəticələrində qeyd olunub.




Bildirilib ki, Respublikaçıların təşəbbüsü tələb olunan 60 səsi
toplaya bilməyib.

Qeyd edək ki, oktyabrın 1-də Senat büdcə qanun layihəsini
razılaşdıra bilmədiyi üçün ABŞ hökuməti fəaliyyətini dayandırıb.
Buna səbəb Demokrat və Respublikaçı partiyalar arasında səhiyyənin
maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığı olub. Beləliklə, ABŞ
hökumətin bağlanmasına daxil oldu – ölkə tarixində 22-ci və
Prezident Donald Trampın dövründə dördüncü.