2026-cı ilin dövlət büdcəsi üzrə yeni proqnozlar açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609
milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat
səviyyəsində proqnozlaşdırılır.

Trend-in
məlumatına görə, bu göstəricilər Maliyyə Nazirliyi tərəfindən
hazırlanan 2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər
Çərçivəsi sənədində öz əksini tapıb.




Qeyd edək ki, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının
2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə
dair açıqlama” sənədində dövlət büdcəsinin gəlirləri 38 milyard 423
milyon manat, xərcləri isə 41 milyard 548,6 milyon manat
proqnozlaşdırılmışdı. Beləliklə, gəlirlər 186 milyon manat, xərclər
isə 155 milyon manat artırılıb.

Sənədə əsasən, 2026-cı il üçün dövlət büdcəsinin xərclərinin 25
milyard 161,2 milyon manatı və ya 60,3 faizi cari xərclərə
yönəldiləcək ki, bu da 2025-ci illə müqayisədə 407,3 milyon manat
və ya 1,6 faiz çoxdur. Əsaslı xərclər 14 milyard 84,8 milyon manat
və ya 33,8 faiz təşkil edəcək ki, bu da 2025-ci illə müqayisədə
169,3 milyon manat və ya 1,2 faiz azdır. Dövlət borcu və
öhdəliklərinə xidmətlə bağlı xərclər isə 2 milyard 457,6 milyon
manat və ya 5,9 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da
2025-ci illə müqayisədə 58 milyon manat və ya 2,4 faiz artımı
göstərir.