
İngiltərə yığmasının hücumçusu Harri Keyn ötən gün DÇ-2026-nın seçmə mərhələsinin oyununda Latviyaya vurduğu 2 qolla Avropa millilərində ən çox qol vuran beş futbolçu arasına daxil olub.
“Report” xəbər verir ki, o, millinin heyətində 110 matçda 76 qola çataraq Macarıstan yığmasında 68 oyunda 75 qol vuran Şandor Koçsisi qabaqlayıb.
Keyndən daha çox qol vuran futbolçular isə macarıstanlı Ferens Puşkaş (84 qol), Polşa millisinin hücumçusu Robert Levandovski (87), Belçika seçməsinin forvardı Romelu Lukaku (89) və siyahının lideri, Portuqaliya millisində 143 qolla olan Kriştiano Ronaldo var.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


