
Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.
Metbuat.az-ın məlumatına görə, müraciət əsasında təhqiqat araşdırmaları aparılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze (red.-“Tiktok” adı “Aysu”) və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, sözügedən oğurluq görüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə yayılmışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


