TÜRKPA-nın Baş katib səlahiyyətləri Ramil Həsənə ötürülür

Baş səhifə

Bakı. Trend:

Daha əvvəl xəbər verdiyimiz kimi, Türk Dövlətləri Parlament
Assambleyasının (TÜRKPA) 14-cü Plenar iclasında qəbul edilən
Assambleyanın 12 iyun 2025-ci il tarixli Qərarına əsasən, Ramil
Həsən TÜRKPA-nın Baş katibi seçilib.

Trend xəbər
verir ki, müvafiq qaydaya uyğun olaraq Baş katib səlahiyyətləri
rəsmi mərasimlə keçmiş Baş katib Mehmet Süreyya Erdən yeni seçilən
Baş katib Ramil Həsənə təhvil verilir.

Rəsmi mərasimdə TÜRKPA-nın bayrağının təhvil verilməsi prosesi
həyata keçiriləcək.

Tədbirdə həmçinin təşkilatın gələcək fəaliyyəti ilə bağlı qısa
fikir mübadiləsi aparılacaq.