Almaniya hökuməti Ukraynanın müdafiə qabiliyyətini artırmağı vəd edib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl
Almaniyanın Ukraynanı maliyyə baxımından dəstəkləməyə davam
edəcəyini vəd edib.

Trend bu barədə
Almaniya KİV-ə istinadən xəbər verir.

“Biz Ukraynanın müdafiə qabiliyyətini qarşıdakı illər üçün
maliyyə cəhətdən təmin etməliyik…”, – deyə Klinqbayl
bildirib.




O, həmçinin vurğulayıb ki, Berlin Qəzza sektorunun bərpasını
dəstəkləyəcək.

“Almaniya bu istiqamətdə tərəfdaşları ilə birgə fəaliyyət
göstərəcək”, – deyə Almaniya Federativ Respublikasının maliyyə
naziri qeyd edib.