Tramp Çarli Kirki ölümündən sonra Azadlıq Medalı ilə təltif edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp siyasi fəal Çarli Kirki ölümündən
sonra Prezident Azadlıq Medalı ilə təltif edib.

Trend xəbər verir ki, bununla
bağlı Ağ Evin həyətində mərasim təşkil olunub. Tədbir Çarli Kirkin
doğum gününə həsr edilib.

Mərasimdə Çarli Kirkin xanımı Erika Kirk, vitse-prezident Ceyms
Vens, xəzinədarlıq katibi Skot Bessent, ticarət katibi Hovard
Lutnik, baş prokuror Pam Bondi və müdafiə katibi Pit Heqset də
iştirak edib. Tramp açılış mərasimində Kirk haqqında danışaraq onu
“əsl qəhrəman” adlandırıb.




Bu gün həm də Çarlı Kirkin doğum günüdür.

Donald Trampın tərəfdarı olan 32 yaşlı siyasi fəal Çarli Kirk bu
il sentyabrın 10-da Utah Valley Universitetində çıxışı zamanı
güllələnib.