Tovuz rayonunda hərəkətdə olan qatar bir nəfəri vurub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Böyük Kəsik dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində baş verib.
Məlumata əsasən, qatar dəmir yolu xəttini keçmək istəyən orta yaşlı kişini vurub.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

