Bu ölkədə milyonlarla ev daşqın riski altındadır

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada iqlim dəyişikliyinin təsiri ilə daşqın riski
sürətlə artır və milyonlarla ev təhlükə altına düşüb.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, İngiltərə, Şotlandiya və Uelsin bəzi şəhər və
qəsəbələrində daimi daşqınlar və sığorta sisteminin çöküşü
səbəbindən yaşayış yerlərinin tərk edilməsi qaçılmaz ola bilər.

Xüsusilə London, Mançester və İngiltərənin şimal-şərq bölgələri
ən çox zərər çəkəcək ərazilər kimi göstərilir. Bir çox bölgələrdə
evlərin və obyektlərin sığortalanması qeyri-mümkün olacaq.