
Bakı. Trend:
2025-ci il oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq
Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin
sayı 236,4 min nəfər olub.
Trend
xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr
ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi
göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, onların 50,9 faizini qadınlar təşkil edib:
“İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 472,2 manat
olub”.

