Nikahların sayı artdı, boşanmalar azaldı – RƏSMİ

Baş səhifə

Bakı. Trend:

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən
cari ilin yanvar-avqust ayları ərzində 31403 nikah və 13869 boşanma
halları qeydə alınıb.

Trend
xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr
ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi
göstəricilərində öz əksini tapıb.




Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin
hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb,
boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.