Fransa Milli Assambleyası cümə axşamı Baş nazir Sebastyan Lekornyunun rəhbərlik etdiyi yeni hökumətə qarşı iki etimadsızlıq səsverməsinə baxacaq.
“Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti mənbəyə istinadən bildirib.
“Bu, Lekornyu-2 hökuməti üçün həlledici tarixdir. “Milli birlik” və “İtaətsiz Fransa”nın irəli sürdüyü etimadsızlıq votumları cümə axşamı səhər Milli Assambleyada müzakirə olunacaq”, – mənbə bildirib.
Qeyd edək ki, dünən “İtaətsiz Fransa” partiyası Milli Assambleyasda (parlamentin aşağı palatası) hökumətə qarşı etimadsızlıq səsverməsi haqqında qətnamə layihəsini qeydiyyata alıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

