Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü
Üçtərəfli Görüşünün yekunlarına dair İslamabad Bəyannaməsi
ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini
əhatə edir.
Bu sözləri Üçtərəfli Görüşün yekun iclasında çıxışı zamanı Milli
Məclisin sədri Sahibə Qafarova söyləyib. Onun sözlərinə görə, bu
sənəd eyni zamanda, parlamentlərimizin birgə fəaliyyətinin
əhəmiyyətini vurğulayır, əməkdaşlığımızın daha da genişləndirilməsi
üçün yeni imkanları təsbit edir.
Spiker Sahibə Qafarova həmçinin qeyd ki, Bəyannamə regional və
qlobal proseslərə münasibətdə ortaq baxışlarımızı əks etdirir.
Bildirilib ki, sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması üçün
atılması zəruri olan addımlara dair mövqelərimiz eynidir.
Azərbaycan bu istiqamətdə dialoq, qarşılıqlı anlaşma və kollektiv
səylərin vacibliyini qeyd edir.

