Ələt Azad İqtisadi Zonası müasir istehsal müəssisələrinin qurulmasına şərait yaradır – Səməd Bəşirli

Baş səhifə

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonası Azərbaycanda müasir istehsal
müəssisələrinin qurulması üçün böyük şərait yaradır

Trend xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikasının iqtisadiyyat
nazirinin müavini Səməd Bəşirli “Azərbaycanın dayanıqlı inkişafı
naminə təhsilə investisiya” mövzusunda 7-ci Dayanıqlı İnkişaf
Məqsədləri Dialoqunun açılış mərasimində deyib.

O bildirib ki, Azərbaycanın inkişaf strategiyasında
iqtisadiyyatın mürəkkəbliyinin artırılması xüsusi önəm kəsb
edir.

“İqtisadiyyatları bir birindən fərqləndirən onların
mürəkləbliyidir. Mürəkkəblik bir çox bilik və bacarıqları özündə
əks etdirən məhsul istehsalının həyata keçirilməsidir.




Azərbaycanda qurulan sənaye parkları yüksək ixtisaslı
mütəxəssislərin, xüsusilə də qeyri-neft sənayesi üzrə kadrların
cəlb olunması üçün xüsusi lazımi təsisat institutları kimi çıxış
edir.

Sumqayıt Sənaye Parkının tərkibində fəaliyyət göstərən Peşə
Təhsil Məktəbində ölkəmizdə fəaliyyət göstərən müəssisələr üçün
sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanır.

Ələt Azad İqtisadi Zonasının da bu sahədə rolunu qeyd etmək
istərdim. Bu iqtisadi zona okeana birbaşa çıxışı olmayan ölkə kimi
Azərbaycanda müasir istehsal müəssisələrinin qurulması üçün böyük
şərait yaradır”- deyə o əlavə edib.