
Hakimin qərarı bu və ya digər təsirə məruz qala bilməz.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Hakimlər Assosiasiyası (IAJ) prezidenti Duro Sessa Bakıda “Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, ədalət mühakiməsinə olan hüquq cəmiyyətin təməl daşıdır:
“Bir çox yumuşaq qanun sənədləri var və Avropa İnsan Hüquqları Məhkəməsi onlara istinad edir. Bir halda ki hakimlərin müstəqilliyi azadlığın qarantiyası kimi görünür, bu, Məhkəmə hakimiyyətini çəkindirməməlidir. Hakimin qərarı bu və ya digər təsirə məruz qala bilməz. Hətta hakimlərin qərarlarının təfsiratı müstəqil şəkildə həyata keçirilməlidir. Avropa Hakimlərinin Məşvərət Şurası 2015-ci ildə məhkəmə hakimiyyətinin vətəndaşlar və digər dövləq qolları qarşısında vəzifəsini qeyd etmişdi. Bu, ən vacib rəylərdən biri idi. Hakimlərin məhz digər hakimiyyət qollarına və cəmiyyətə öz addımlarının qanunvericiliyə əsaslandığını göstərməkdən başqa məsuliyyəti yoxdur. Qanunverici və icra hakimiyyətləri məhkəmə qarşısında bərabər mövqedə olmalı və məhkəmənin işinə müdaxilə etməməlidirlər”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


