
Bakı. Trend:
“Microsoft” 14 oktyabr 2025-ci il tarixindən etibarən “Windows
10” əməliyyat sistemi üçün texniki dəstək və təhlükəsizlik
yeniləmələrinin dayandırılacağını açıqlayıb.
Trend xəbər verir
ki, bu barədə “Microsoft” məlumat yayıb.
Şirkət bildirir ki, bu tarixdən sonra əməliyyat sistemi işləməyə
davam edəcək, lakin yeniləmələrin olmaması zərərli proqramlara
yoluxma riskini artırır. İstifadəçilərə “Windows 11″ə yüksəltməyi
tövsiyə edilib.
“Statcounter”in məlumatına görə, “Windows” masaüstü əməliyyat
sistemləri qlobal bazarın 70%-dən çoxunu təşkil edir. Bu
kateqoriyada “Windows 10” təxminən 59% paya malikdir və “Windows
11”-in 38% göstəricisindən daha populyardır.


