
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 14-nə olan xronikasını təqdim edir:
– Prezident İlham Əliyev “France 24” televiziya kanalına
müsahibə verib.
– Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarının bir
neçə kəndləri işğaldan azad edilməsi ilə bağlı “twitter”də paylaşım edib.
– Ermənistan Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə
tutub.
– Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər
nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30
haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
– Ermənistanın ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb.
– Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 1 nəfər həlak olub.
– Ermənilər Tərtərdə AZTV-nin əməkdaşlarını atəşə tutdu,
xəsarət alan var.
– Erməni təxribatı nəticəsində ölən dinc sakinlərin sayı 43 nəfərə çatıb.
– Düşmənin daha bir PUA-sı məhv edilib. Məhv edilən düşmən raket
komplekslərinin start mövqeyinə çıxarılmasının videogörüntüləri yayılıb.
– İşğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsü yayılıb.


