İlham Əliyev çox güclü liderdir – Donald Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin
“çox güclü lider” olduğunu deyib.

Trend xəbər verir
ki, bunu Donald Tramp Misirdə keçirilən Qəzza mövzusundakı zirvə
toplantısında çıxışı zamanı bildirib.

Tramp çıxışında Azərbaycanla bağlı əldə olunan sülh
razılaşmasına toxunaraq deyib:

“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu
şəxs üçün – Azərbaycan üçün müharibəni həll etdim. 32 il davam edən
münaqişə təxminən bir saatda həll olundu. İndi isə tərəflər
bir-biri ilə yaxşı münasibətlər qurublar. Prezident İlham Əliyev
çox güclü bir liderdir və öz işini mükəmməl şəkildə yerinə
yetirir”.

Ağ Ev rəhbisi çıxışının sonunda tədbirin əhəmiyyətini
vurğulayaraq qeyd edib ki, bu mərasim regionda mühüm bir
razılaşmanın imzalanması baxımından tarixi əhəmiyyət daşıyır.