“Əl-Qəssam” qruplaşması (Fələstin HƏMAS hərəkatının hərbi qanadı) bazar ertəsi dörd həlak olmuş İsrail girovunun meyitlərini təhvil verəcəyini təsdiqləyib.
“Report”un məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadının məlumatında deyilir.
“Mübadilə sazişi çərçivəsində “Əl-Qəssam” briqadaları 13 oktyabr 2025-ci il, bazar ertəsi günü dörd girovun meyitlərini təhvil verəcək”, – məlumatda qeyd olunub.
Media məlumatlarına görə, Qay İluz, Yosi Şarabi, Bipin Coşi və Daniel Perezin meyitləri təhvil veriləcək.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

