Qrip əleyhinə peyvənd olunanları sayı açıqlandı

Baş səhifə

“Oktyabrın 8-dən bu günədək 741 nəfər qrip əleyhinə peyvənd olunub”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva 1 nömrəli Şəhər Poliklinikasında media nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə deyib.

Yaqut Qarayeva bildirib ki, peyvənd olunan şəxslərdən 641 nəfəri Bakı şəhərində yerləşən ilkin-səhiyyə xidməti göstərilən müəssisələrdə qrip əleyhinə peyvənd edilib.

“Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar isə Qəbələ, İsmayıllı, Qobustan, Xaçmaz və Ağdaş rayonlarıdır”, – deyə TƏBİB rəsmisi əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.