PFL rəsmisi İtaliya klubunun Avropa Liqasındakı oyununa təyinat alıb

Baş səhifə
PFL rəsmisi İtaliya klubunun Avropa Liqasındakı oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

“Report” PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının əsas mərhələsində keçiriləcək FCSB (Rumıniya) – “Bolonya” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 23-də baş tutacaq.