UNEC Voleybol komandası iddialıdır

Baş səhifə

Bakı. Trend:

Bu gündən Azərbaycanda qadın voleybolçular arasında Yüksək
Liqanın 2025–2026-cı illər mövsümünə start verilib.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu mövsümdə qadın voleybol komandası ilə Yüksək
Liqada təmsil olunur. Dünyanın aparıcı universitetlərinin idman
təcrübəsini nəzərə alaraq, UNEC universitet idmanı sahəsində də
qlobal arenada öz mövqeyini möhkəmləndirmək niyyətindədir.




Yeni mövsümə ciddi hazırlıqla başlayan UNEC Voleybol Komandası
heyətini gücləndirib. Belə ki, komandaya ABŞ-dan üç, Ukrayna,
Belarus və Bolqarıstanın hər birindən bir legioner idmançı dəvət
olunub.

Komandanın baş məşqçiliyi isə təcrübəli italiyalı məşqçi Covanni
Torçioya həvalə edilib.