
Bakı. Trend:
Yanvar-avqustda Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi
3,35 milyard dollar olub.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini
Şahin Mustafayevlə Rusiya Federasiyası Hökuməti sədrinin müavini
Aleksey Overçuk arasında Bakıda keçirilən görüşdə məlumat
verilib.
Görüşdə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin
10 %-dən çox artdığı qeyd edilib, bu müsbət
dinamikanın cari ildə də davam etdiyi və 8 ay ərzində qarşılıqlı
ticarətin ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5
% artaraq 3,35 milyard dollar olduğu
vurğulanıb.
Bildirilib ki, Şimal-Cənub dəhlizi ilə daşımaların həcmi 2025-ci
ilin 9 ayı ərzində 8.3 % artıb. Bunun 10,4
%-i avtomobil, 2 %-i isə dəmiryolu
daşımalarının payına düşüb.
Bu ilin 8 ayı ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı
məhsullarının ixracında 15 % artım müşahidə olunub
ki, bunun da 23 %-i meyvə-tərəvəz məhsullarının
payına düşüb.


