“Barselona”da itki – 2 həftə meydanda olmayacaq

Baş səhifə

Bakı. Trend:

“Barselona”nın futbolçusu Dani Olmo zədələnib.

Trend xəbər
verir ki, 27 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib.




Onun zədə səbəbindən təxminən 3 həftə meydana çıxa bilməyəcəyi
müəyyənləşib. Olmoya sol ayağın alt əzələsinin kiçik yırtığı
diaqnozu qoyulub. Onun La Liqada “Jirona” və Çempionlar Liqasında “Olimpiakos”la oyunları buraxacağı dəqiqləşib.

Qeyd edək ki, Dani 2024-cü ilin yayından “Barselona”nın
futbolçusudur.