
Bu həftə Avropa İttifaqı blok üzvlərinin ümumi müdafiəsi ilə bağlı yol xəritəsi təqdim edəcək.
APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kiyevə səfəri çərçivəsində Ukrayna xarici işlər maziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
“Bu həftə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və mən Avropanın müdafiəsi ilə bağlı yol xəritəsi təqdim edəcəyik. Bu yol xəritəsi əsas sahələrdə potensialımızı müəyyən edəcək. Bu sahələrə antidron sistemlər də daxildir”, – Kaya Kallas vurğulayıb.


