
Bakı. Trend:
Zəngilan rayonunun Ağalı vә Mәmmәdbәyli kәndlәrinin su tәchizatı
vә tullantı su şәbәkә vә qurğularının tikintisi işlərini aparacaq
şirkət müəyyənləşdirilib.
Trend-in
məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla
bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Protean Construction” Açıq
Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, ASC-yə 4 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu “Protean Construction” ASC
2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 160 672
manat olan ASC-nin qanuni təmsilçisi Təhməzov Məhəmməd Ağca
oğludur.


