Kapital Bank 3-cü dəfə “Mükəmməl iş yeri” sertifikatına layiq görüldü

Baş səhifə

Bakı. Trend:

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürənlərdən
biri olan Kapital Bank üçüncü dəfə ardıcıl olaraq beynəlxalq
“Mükəmməl iş yeri” (Great Place to Work) sertifikatını qazanaraq,
işçi məmnuniyyəti və iş mühiti standartlarının qorunması
istiqamətində davamlı uğurlarını bir daha təsdiqlədi. Bu nailiyyət
Kapital Bank-ı ölkəmizdə üçüncü dəfə belə uğura imza atan ilk və
yeganə yerli şirkət edir, həmçinin onun davamlı inkişaf edən
təşkilati mədəniyyətini və insan yönümlü yanaşmasını nümayiş
etdirir.

Qeyd edək ki, “Great Place to Work” beynəlxalq tədqiqat və
konsaltinq şirkəti 60-dan çox ölkədə fəaliyyət göstərir və
şirkətlərin işçiləri tərəfindən qiymətləndirilməsini aparır.
Sertifikat yalnız yüksək nəticə göstərən şirkətlərə təqdim olunur
və şirkətlərdə iş mühiti, motivasiya, inkişaf imkanları və daxili
kommunikasiya keyfiyyətlərini qiymətləndirir.

Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və
Təşkilati inkişaf üzrə Baş inzibatçısı Fərqanə Məmmədova vurğulayıb
ki, bu uğurun arxasında bankla əməkdaşlar arasındakı qarşılıqlı
etimad və dəstək dayanır. “Artıq üçüncü ildir ki, Kapital Bank
beynəlxalq “Mükəmməl iş yeri” sertifikatına layiq görülür. Bu,
bizim üçün sadəcə bir mükafat deyil, 6 minə yaxın əməkdaşımızın
səmimi rəyidir. Bizim üçün əsas olan əməkdaşların özlərini dəyərli
hiss etməsi, inkişaf və rifah üçün real imkanlara sahib olmasıdır.
20-dən çox kriteriya üzrə yüksək nəticə qazanmağımız isə bu
yanaşmanın beynəlxalq səviyyədə təsdiqidir”.




Bu uğur Kapital Bank-ın işçi məmnuniyyətinə verdiyi önəmin və
insan yönümlü təşkilati mədəniyyətinin təsdiqi olmaqla yanaşı, onun
ölkədə və beynəlxalq səviyyədə lider mövqeyini möhkəmləndirir. Bank
bundan sonra da əməkdaşlarının inkişafını dəstəkləmək, iş mühitini
zənginləşdirmək və güclü komanda ruhunu qorumaq istiqamətində
fəaliyyətini davam etdirəcək.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.