Bu gün Misirdə keçiriləcək sammitdə iştirak edəcək liderlərin adları açıqlanıb

Baş səhifə
Bu gün Misirdə keçiriləcək sammitdə iştirak edəcək liderlərin adları açıqlanıb

Bu gün Misirdə, Şarm əl-Şeyxdə keçiriləcək Yaxın Şərq Sülh Sammitində dünyanın bir sıra ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcəklər.

“Report xəbər verir ki, bu barədə Misirin rəsmi xəbər agentliyi MENA məlumat yayıb.

Məlumata görə, sammitdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Fələstin lideri Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak edəcəklər.