NATO iki həftəlik təlim keçirəcək

Baş səhifə
NATO iki həftəlik təlim keçirəcək

Bazar ertəsi NATO-nun illik nüvə silahının qarşısının alınması təlimi “Steadfast Noon” (Davamlı günorta) başlayır.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

“Qeyd etmək lazımdır ki, bu təlim hər il keçirilir. Bu, illik təlimdir və müntəzəmdir. Biz bunu etməliyik, çünki təlim bizə nüvə çəkindirməsinin maksimum etibarlılığını, təhlükəsizliyini və effektivliyini təmin etməyə kömək edəcək”, – alyansın rəhbəri Mark Rutte ötən cümə günü yayımlanan video müraciətində bildirib.

“Bu, həmçinin istənilən potensial düşmənə aydın mesaj göndərir ki, bütün müttəfiqləri istənilən təhlükədən müdafiə edəcəyik və qoruya bilərik”, – Rutte əlavə edib.