“Rəfah” məntəqəsinə 200 Fələstin polisi nəzarət edəcək

Baş səhifə

Bakı. Trend:

Misirlə Qəzza zolağının sərhədində yerləşən “Rəfah” buraxılış
məntəqəsinə 200 Fələstin xüsusi təyinatlı polisi nəzarət
edəcək.

Trend-in məlumatına görə, bu barədə “Maan” agentliyi mənbəyə
istinadən xəbər verib.




Məlumata əsasən, onların arasında Misirdə lazımi təhsili keçmiş
polislər də olacaq.

Mənbə onu da təsdiqləyib ki, hazırda oktyabrın 14-nə
planlaşdırılan sərhəd-keçid məntəqəsinin açılışına hazırlıq
gedir.