Göyçayda sexdə yanğın başlayıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Göyçay şəhəri ərazisində sexdə yanğın baş verməsi barədə məlumat
daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından
Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının
yayılmasının qarşısı alınıb.




Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
edir.

Əlavə məlumat veriləcək.