Pakistan Prezidenti Asif Əli Zərdari Əfqanıstanın təcavüzkar hərəkətlərinə cavab olaraq bildirib ki, Pakistan milli maraqlarını, regional suverenliyini və təhlükəsizliyini qorumaqda qətiyyətlidir.
“Report” bu barədə “Daily Pakistan”a istinadən xəbər verir.
Məlumata görə, prezident bəyan edib ki, Əfqanıstan rəhbərliyi işğal altında olan Cammu və Kəşmirdəki məzlum xalqın azadlıq mübarizəsinə arxa çevirərək həm tarixə, həm də ümmətə qarşı ədalətsizlik edib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

